“Kəpəz” AFFA-ya 500 manat verib, Əhmədovu oxutduracaq

29 Aprel 2020 16:56 I Divizion 810
“Kəpəz” AFFA-ya 500 manat verib, Əhmədovu oxutduracaq

“Kəpəz” hazırda işsiz olan keçmiş hücumçusu Rövşən Əhmədova kömək etmək qərarına gəlib.

Sportinfo.az xəbər verir ki, Gəncə klubu onun AFFA-nın C kateqoriyalı məşqçi kurslarına qatıla bilməsi üçün tələb olunan maliyyə ödənişini öz üzərinə götürüb.

Bu məbləğ 500 manatdır. Qurum tərəfindən müvafiq kateqoriya üçün sənəd qəbulu başlayarkən sabiq futbolçunun kursa yazılması təşkil ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti