"Kəpəz" İcra Hakimiyyətinin təşəbbüsü ilə… - FOTOLAR

25 Aprel 2020 16:15 I Divizion 1 012
"Kəpəz" İcra Hakimiyyətinin təşəbbüsü ilə… - FOTOLAR

“Kəpəz” “Biz Birlikdə Güclüyük” aksiyasına qoşulub.

Sportinfo.az xəbər verir ki, "sarı-göylər" Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yardım sovqatları paylayıb.

Klub tərəfindən şəhərin müxtəlif ərazilərində yaşayan veteran futbolçular, həmçinin şəhid və aztəminatlı azarkeş ailələri gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı ilə təmin ediliblər.

Bağlamaların aparıldığı ünvanlarda koronavirus pandemiyasının yaratdığı çətin günlərdə və Ramazan ayında insanların xeyirxah işlərə can atmasının, bir-biri ilə yardımlaşmasının vacibliyi vurğulanıb.

Belə həssas dönəmdə yaxınların, ehtiyacı olanların ziyarət edilməsi kimi bir çox mənəvi dəyərlərin daha çox ön plana çıxdığı bildirilib.

Ərzaq bağlamalarının müvafiq ünvanlara çatdırılmasında klubun əməkdaşları və əsas komandanın kapitanı Əli Səmədov xüsusi fəallıq nümayiş etdiriblər.

Yardım alan ailələr bu çətin vəziyyətdə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”