"Kəpəz": "Futbolçular evdə olduqları ayın da maaşını alıb"

21 Aprel 2020 14:45 I Divizion 1 285
"Kəpəz": "Futbolçular evdə olduqları ayın da maaşını alıb"

"Komanda martın 14-dən etibarən evə buraxılıb. Daim futbolçularla əlaqə saxlayıram. Ev şəraitində çalışırlar. Kimin həyət evi varsa, orda məşqlərin edir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə deyib.

Gəncə təmsilçisinin çalışdırıcısı futbolçuların maaşlarının verilməsində hələ ki problemin olmadığını bildirib: "Rəhbərliklə maaş barəsində söhbətimiz olmayıb. Hər halda hansısa qərar verilsə, yəqin ki, bu tək bizdə olmaz.

Pandemiya bu baxımdan bütün klublara təsir edə bilər. Hazırda maaşlarla bağlı problem yoxdur. Futbolçular evdə olduqları ayın da maaşını alıblar"

Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”