"Kəpəz"də tanınan futbolçu kasıblara ərzaqla şokolad payladı

13 Aprel 2020 15:04 I Divizion 990
"Kəpəz"də tanınan futbolçu kasıblara ərzaqla şokolad payladı

Azərbaycanın I Divizionunda çıxış edən "Kəpəz"in sabiq futbolçusu Renan Alveş xeyirxah addımı ilə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, braziliyalı müdafəçi böyüdüyü Rio-de-Janeyro şəhərinin Maje bölgəsindəki Paranyos Parkın sakinlərini sevindirib.

28 yaşlı oyunçu Pasxa bayramı ilə əlaqədar dostları ilə birlikdə kasıb ailələrə ümumilikdə 50 zənbil ərzaq və 8 qutu şokolad paylayıb.

Alveş çoxdankı arzusunu həyata keçirdiyi üçün xoşbəxt olduğunu bildirib: "Bu aksiyada iştirak edən dostlarıma minnətdaram. İmkanı az olan insanların üzünə təbəssüm gətirmək qiymətsizdir. Pasxa çox şey deməkdir. İnanıram ki, daha çox insanı bu cür aksiya keçirməyə təşviq edə biləcəm".

Hazırda Malayziyanın "Kadah" klubunda çıxış edən Renan Alveş 2016-2017 mövsümündə "Kəpəz"in formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”