Azərbaycanda klub rəhbəri vəzifəsindən getmək istəyir

2 Aprel 2020 12:30 I Divizion 1 088
Azərbaycanda klub rəhbəri vəzifəsindən getmək istəyir

Böyük ehtimalla, «Turan Tovuz»un rəhbərliyində dəyişiklik olacaq.

Klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev AFFA rəhbərliyi ilə göirüşündə vəzifəsindən getmək istədiyini bildirib.

Federasiyadan Sportinfo.az-a verilən məlumata görə, o, səhhəti və dimgər işləri ilə əlaqədar mövsümün sonunda qərb təmsilçisindən ayrılmaq niyyətində olmasını dilə gətirib.

Abdullayev qeyd edib ki, «Turan» gələn mövsüm Premyer Liqaya buraxılsa, ona daha çox vaxt ayırmaq zərurəri yaranacaq, buna isə sağlamlığı imkan vermir.

AFFA hələlik gözləmə mövqeyindədir. İşdir, 2015-ci ildən iş başında olan şura sədri dəyişsə, Nadir Nəbiyevin klubun birinci şəxsi elan olunması ehtimalı yüksəkdir. O, hazırda «Turan»da icraçı direktor vəzifəsini tutur.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR