Süleymanovun "sağ əli" Tovuz klubunun rəhbərliyində

13 Fevral 2020 20:30 I Divizion 2 236
Süleymanovun "sağ əli" Tovuz klubunun rəhbərliyində

«Turan Tovuz»un rəhbərliyində yenilik edilib.

Sportinfo.az-ın məlumatına görə, Əfqan Talıbov I Divizion klubunun Müşahidə Şurasına üzv təyin olunub.

2011-2012-ci illərdə qərb komandasını çalışdırmış Talıbov bura elə-belə qaytarılmayb.

Bilindiyi kimi, o, yaxınlara kimi Futbol İctimaiyyətinin Həmkarlar İttifaqının İdarə Heyətinin üzvü idi. Nazim Süleymanovun «sağ əli» hesab olunurdu. Talıbov bu təşkilatdan istefa verməsinin qarşılığında AFFA tərəfindən «Turan»dakı yeni işiylə «mükafatlandırılıb».

Halbuki Talıbov Süleymanovun çevrəsində yer almayana kimi federasiyanın «qara siyahı»sına «dəmir atmışdı». 2017-ci ildən etibarən üstündən qara xətt çəkmişdilər.

Bu da «Şərurspor»a görə idi. Danışılmış oyunlarda iştirak şübhəsiylə AFFA-nın I Diviziondan uzaqlaşdırdığı komandanın baş məşqçisi olan Talıbova ondan sonra «stop» qoyulmuşdu.

Süleymanov onu 2018-ci ilin yayında özüylə «Sumqayıt»a aparmaq istəsə də, federasiya icazə verməmişdi. Buyurun, bu da həmin Əfqan bəy!

Süleymanovdan zəhləsi gedən AFFA düşmən gözündə gördüyü şəxsi zəiflətmək üçün indi belə yollara əl atır, Talıbov kimi adamları 500-1000 manat qarşılığında öz tərəfinə çəkir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!