COP29

UEFA çatışmazlıqları gördü, işlər yarımçıq dayandırıldı, AFFA nə edəcəyini bilmir

14 Sentyabr 14:40 I Divizion 4 884
UEFA çatışmazlıqları gördü, işlər yarımçıq dayandırıldı, AFFA nə edəcəyini bilmir

Ağsu şəhər stadionunda işlər yenidən dayandırılıb. İyulda dəyişdirilməsinə başlanılan

meydança yenə «ağzıgünə» qalıb.

İki ay öncə sökülən süni qazon hələ yenisiylə əvəzlənməyib.

İstifadə müddəti çoxdan bitmiş «yaşıl xalça» bir kənara atılıb qalıb, AFFA isə bu durğunluğun nə qədər davam edəcəyini açıqlamağa çətinlik çəkir.

Çünki federasiyanın balansında olan stadionda podratçı şirkət çalışır, onlar isə UEFA-nın müəyyənləşdirdiyi meyarlar səviyyəsində iş görməyə çətinlik çəkir.

Avropa futbol qurumunun nümayəndələri meydançanın yeri, həmçinin digər çatışmazlıqlar barədə rəy verib.

Əyər-əskiklərin nə vaxt aradan qaldırılacağı bilinmədiyindən, böyük ehtimalla, təhvil-təslim prosesi nəzərdə tutulan vaxtda - oktyabrda başa çatmayacaq.

Halbuki daha öncə podratçılar sentyabrın 10-dək bu işi bitirəcəyini AFFA-ya vəd etmişdi.

Plana görə, qazonun altında xüsusi qoruyucu qat yerləşdiriləcək..

Bütün xərclər UEFA-nın «Het-Trik» proqramı çərçivəsində qarşılanır.

Rövnəq Abdullayev martda, hələ AFFA-nın prexidenti olduğu vaxt Avropa futbol qurumunun ayırdığı vəsaitin bir hissəsinin Ağsu stadionunun qazonunun dəyişdirilməsinə sərf olunması ilə bağlı sənədi imzalayıb.

AFFA apreldə açıqladığı hesabatda qurumun balansında olan stadionların saxlanılmasına və yenidən bərpasına ayrılan vəsaitlər şeyd olunub.

Burada qeyd edilib ki, Ağsu stadionunda aparılan təmirə 110 min 367 manat xərclənib.

2011-ci ildə açılışı olmuş arena 3 min tamaşaçı tutumuna malikdir.

Ötən ilin noyabrında başlayan və bu ilin martında tamamlanan təmir işlərindən sonra oturacaqlar dəyişdirilib, tribunaların dam örütüyü yenilənib. İşıqlandırma sistemi ilə bağlı problemlər aradan qaldırılıb, ərazidə ümumi abadlıq işləri görülüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 02:50 Avstraliya ilə 0-0-etdik