Qərb derbisində 2 qol

19 Yanvar 17:19 I Divizion 408
Qərb derbisində 2 qol

I Divizionda mövsümün ikinci hissəsinə hazırlığı davam etdirən "Kəpəz" növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, komanda Gəncə şəhər stadionunun süni örtüklü meydançasında "Turan Tovuz" ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə nəticələnib.

Hər iki qol ikinci hissədə vurulub. Əvvəlcə "sarı-göylər" hesabı açıb. Meydana əvəzetmədən daxil olan yeni transfer Tural Qürbətov fərqlənib. Rəqib final fitinə kimi bərabərliyi yaxalayıb. Əzəmət Ələkbərli son nəticəni müəyyənləşdirib.

Xəbər Lenti
23 Fevral 18:40 Millimizi 0:7 uddular
23 Fevral 14:20 Hazard yenə zədələndi