Azərbaycan Birinci Divizionunda 21-ci tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.
Lider MOİK “Qarabağ-2”-ni, “Neftçi-2” isə “Ağsu”nu məğlub edib. “Kəpəz” isə öz meydanında “Zirə-2” ilə qolsuz bərabərə qalıb.
21-ci tura bu gün keçiriləcək oyunlarla yekun vurulacaq. "Keşlə-2" – "Turan Tovuz", "Sabah-2" – "Şüvəlan", "Qaradağ Lökbatan" – "Sumqayıt-2", "Zaqatala" – "Səbail-2".
"Kəpəz" – "Zirə-2" 0:0
Hakimlər: Namiq Bəkirov, Nahid Əliyev, Elmin Süleymanov, Cahangir Yusifzadə.
Gəncə şəhər stadionu.
"Neftçi-2" – "Ağsu" 4:1
Qol: Əlibəy Məmmədli, 12; 72. Elnur Süleymanov, 60. İsmayıl Zülfüqarlı, 79 – Ruslan Mirzəliyev, 54.
Qırmızı vərəqə: Kənan Əşrəfli, 63 (“Ağsu”).
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Rəvan Həmzəzadə.
“ASK Arena”.
MOİK – "Qarabağ"-2 2:1
Qol: Raul Yaqubzadə, 61. Bahadur Həziyev, 81 – Cavid Bayramov, 24.
Hakimlər: Alik Yunusov, Səbuhi Əmrahov, Taleh Məmmədov, Kamal Umudlu.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.

