«Sumqayıt»ın əvəzedici komandasının baş məşqçisi Elbrus Məmmədov klub rəhbərliyinə müraciət edib.
«Pro» kateqoriyalı mütəxəssis mövsümün sonunda iş yerindən ayrılacağını bildirib.
O, maydan etibarən yalnız 21 yaşlılardan ibarət yığmada çalışacaq. Elbrus Məmmədov U-21-də Mladen Milinkoviçin köməkçisi vəzifəsini daşıyır.
«Sumqayıt-2» I Divizionda çempionluq uğrunda mübarizə aparır. Gənc «kimyaçılar» 20 turdan sonra 46 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider MOİK-dən cəmi 4 xal geri qalır (Sportinfo.az).

