Ruslan Abışov “Neftçi“nin cavanlarına kömək etdi – VİDEO+FOTOLAR

30 Mart 2019 09:12 I Divizion 677
Ruslan Abışov “Neftçi“nin cavanlarına kömək etdi – VİDEO+FOTOLAR

“Neftçi -2” I Divizionda növbəti qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, Mahmud Qurbanovun çalışdırdığı komanda 20-ci turda “Səbail-2”ni 3:0 hesabı ilə məğlub edib.

“Bayıl Arena”da baş tutan görüşdə qolları Muxtar Əliyev (3-cü dəqiqə), Əlibəy Məmmədli (44-cü dəqiqə) və Elnur Süleymanov (88-ci dəqiqə) vurub.

Ruslan Abışov bu görüşdə gənc həmkarlarına dəstək olub. Sezonun əvvəlində ayağından ağır xəsarət alan və bu üzdən alardı meydandan kənarda qalan kapitan 90 dəqiqə forma geyinib.

Bu qələbədən sonra xallarının sayını 39-a çatdıran “Neftçi-2” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti