"Netfçi"dən "Səbail"ə 3 cavabsız "şapalaq" - FOTO

29 Mart 2019 09:12 I Divizion 606
"Netfçi"dən "Səbail"ə 3 cavabsız "şapalaq" - FOTO

Divizionda XX tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk gündə 4 oyun keçirilib.

İkinci pillədə qərarlaşan "Sumqayıt"ın ikinci komandası ən yaxın izləyicisi "Zaqatala"ya məğlub olub.

"Neftçi" isə "Səbail"ə böyük hesabla qalib gəlib. “Bayıl Arena”da baş tutan görüşdə qolları Muxtar Əliyev (3-cü dəqiqə), Əlibəy Məmmədli (44-cü dəqiqə) və Elnur Süleymanov (88-ci dəqiqə) vurublar.

Bu qələbədən sonra xallarının sayını 39-a çatdıran “Neftçi-2” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

"Səbail-2" - "Neftçi-2" 0:3

Muxtar Əliyev, 3; Əlibəy Məmmədli, 44; Elnur Süleymanov, 88

"Sumqayıt-2" - "Zaqatala" 3:2

İbrahim Əliyev, 19, 75, 83 - Cavad Kazımov, 5 (pen.); Maqsud Ələkbərov, 24

"Şüvəlan" - "Qaradağ Lökbatan" 1:2

Tural Qürbətov, 58 - Xəyal Əmirli, 18; Elçin Əliyev, 82

"Turan Tovuz" - "Kəpəz" 1:2

İbrahim Qədiyev, 12 - Əli Səmədov, 30, 90+5

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti