"Komandamız zəifdi, ona görə adımızı oyun alverində hallandırırlar"

28 Mart 2019 19:00 I Divizion 824
"Komandamız zəifdi, ona görə adımızı oyun alverində hallandırırlar"

«Klubumuz fəaliyyətini dayandırmayacaq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Ağsu»nun icraçı direktoru Rəşad Kərimov deyib.

Aran təmsilçisinin rəhbər şəxsi bildirib ki, I Divizionda çıxışlarını davam etdirəcəklər:

«Sponsourumuz kluba kifayət qədər diqqət və dəstək göstərir. «AzQranata» ilə heç bir problemimiz yoxdu.

Şirkət «Ağsu»nun inkişafına hərtərəfli kömək edir. Büdcəmizin 100 min manata endirilməsi barədə xəbərlərlə razılaşmıram.

Onu deyə bilərəm ki, büdcə bundan üç-dörd dəfə çoxdu. Yeddi ildi çempionatda iştirak edirik, hələ indiyədək bizdə maaş gecikməyib.

15 gündənbir əməkhaqqı ödəyirik. Problem futbolçularla bağlıdı. Limitə görə çox əziyyət çəkirik.

Kənardan, Bakının özündən 1998-ci il təvəllüdlü futbolçular gətirə bilmirik. Yaxşı uşaqların hamısı Premyer Liqa klublarının əvəzedici heyətlərindədi. Kimdi onları bizə satan, icarəyə verən?

Açığı, komandamız bu səbəbdən zəifdi. «Ağsu»nun adı artıq ikinci mövsümdü danışılmış oyunlarda hallandırılır.

Əvvəl bu sözü deyən yox idi. Çünki onda komandamız bundan qat-qat güclü idi. Düşərgəmizdə cəmi 21 futbolçu var.

Bir çoxunu say düzəltmək üçün saxlamışıq. Heyət zəifdi deyə, uduzan kimi adımızı danışılmış oyunlarda çəkirlər. Amma bunu sübut etmək mümkün deyil».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti