Tanınmış iş adamı keçmiş klubu üçün... "TİKİR VƏ HƏDİYYƏ EDİRƏM"

28 Mart 2019 14:12 I Divizion 914
Tanınmış iş adamı keçmiş klubu üçün... "TİKİR VƏ HƏDİYYƏ EDİRƏM"

«Turan»ın sabiq prezidenti Vidadi Əhmədov yeni təşəbbüslə çıxış edib.

Tovuzun İcra Hakimiyyətinin nümayəndələri ilə bir araya gələn tanınmış iş adamı AFFA-nın dəstəyi ilə rayonda yaradılacaq uşaq futbol akademiyasına köməklik göstərmək istədiyini bildirib.

Əhmədov stadionun yaxınlığında yerləşən və ona məxsus olan ərazidə öz hesabına məşq meydançaları salmaq və ikimərtəbəli yataqxana tikmək fikrində olduğunu söyləyib.

O, buranı təmənnasız olaraq «Turan Tovuz»un balansına verəcəyini deyib (Sportinfo.az).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti