«Turan Tovuz»un yeni uşaq akademiyasının direktoru müəyyənləşib.
UEFA və FİFA-nın maliyyə dəstəyi, AFFA-nın təşkilatçılığı ilə fəaliyyət göstərəcək futbol mərkəzinə rəhbərlik Nadir Nəbiyevə tapşırılıb.
O, eyni zamanda klubun icraçı direktoru və Qərb Regional Futbol Federasiyasının prezidenti vəzifələrini icra edir.
Akademiyanın rəsmi açılışı sentyabrın 1-nə təyin olunub.
300-dən artıq uşaq və yeniyetməni bir araya gətirəcək məktəbin qurulmasıyla bağlı işlərə yaxın günlərdə start verilməsi planlaşdırılır.
SPORTİNFO.AZ

