Yeni mövsümdən Premyer Liqa klublarının əvəzedici heyətlərinin ayrıca çempionatının təşkil olunması gözlənilmir.
Bu barədə Sportinfo.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Firuz Abdulla məlumat verib.
Onun sözlərinə görə, bu, qurumun İcraiyyə Komitəsinin (İK) səlahiyyətində olan məsələdi, lakin İK-nin son tclasında sözügedən məsələ müzakirəyə çıxarılmayıb.
F.Abdullanın bildirdiyinə görə, əvəzedici komandaların I Diviziondan çəkilməsi həm də ona görə düşünülmür ki, yenilik tətbiq olunandan sonra aşağı dəstədən danışılmış oyunlar barədə gələn siqnallar xeyli azalıb.

