UEFA və FİFA istədi, stadion sahibi İcra Hakimiyyəti oldu

23 Mart 2019 19:00 I Divizion 785
UEFA və FİFA istədi, stadion sahibi İcra Hakimiyyəti oldu

Tovuz şəhər stadionunun yeni mülkiyyətçisi məlum olub.

«Turan»ın sabiq prezidenti Yaşar İbrahimov arenanın təsisçiliyindən öz istəyi ilə imtina edəndən sonra idman qurğusu yerli İcra Hakimiyyətinin balansına keçib.

İK isə buranı öz növbəsində «Turan Tovuz»a uzunmüddətli icarəyə verməyə hazırlaşır. Bu dəyişiklik UEFA və FİFA-nın xətti ilə rayonda yeni futbol akademiyasının açılması prosesini sürətləndirməyə hesablanıb.

Hər iki beynəlxalq qurum akademiyaya maliyyə vəsaiti ayırmaq üçün baza və stadionun klubun ixtiyarına verilməsini şərt olaraq irəli sürüb.

AFFA bu məsələdə vasitəçilik missiyasını öz üzərinə götürüb, həm maddi, həm də təşkilati işlərdə «Turan»a birbaşa dəstək verir. Akademiyanın rəsmi açılışı sentyabrın 1-nə nəzərdə tutulub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti