“Neftçi” “Qaradağ Lökbatan”la Muxtar sülhü bağladı

20 Mart 2019 11:12 I Divizion 905
“Neftçi” “Qaradağ Lökbatan”la Muxtar sülhü bağladı

“Neftçi-2” yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, paytaxt klubunun əvəzedici komandası Birinci Divizionun digər iştirakçısı “Qaradağ Lökbatan”la qarşılaşıb.

“Neftçi”nin bazasında baş tutan görüş 1:1 hesabı ilə nəticələnib. "Ağ-qaralar”ın heyətində Muxtar Əliyev fərqlənib.

Martın 28-də Birinci Divizionun 20-ci turu çərçivəsində "Bayıl Arena”da "Səbail-2” ilə qarşılaşacaq "Neftçi-2” hazırda 36 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti