"Tanıyanlar bilir ki, mənim üçün işdə qohum söhbəti yoxdu"

19 Mart 2019 19:48 I Divizion 891
"Tanıyanlar bilir ki, mənim üçün işdə qohum söhbəti yoxdu"

«Mən hələ kluba gələndə, demişdim ki, Tovuz futbolu üçün əlimdən gələni edəcəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un Müşahidə Şurasının sədri Oqtay Abdullayev deyib.

O, AFFA-nın UEFA və FİFA-nın maliyyə dəstəyi ilə Tovuzda yaradacağı akademiya barədə geniş məlumat verib:

«Bu layihə nəinki Tovuzun özündə, qonşu rayonlarda futbol həyatının canlanmasına səbəb olacaq.

Mən bunu çoxdan deyirdim ki, Tovuzda akademiya açılmalıdı. Bilirsiz, bu rayon futbol məskənidi, sanki bulaqdı.

Heç yerdə olmadığı qədər istedadlı uşaq var burda. Bizə lazım idi ki, onlara şərait yaradaq, qabağa çəkək.

Elxan Məmmədovun akademiyanın fəaliyyətə başlaması üçün xüsusi fəallıq göstərməsini qeyd edərdim.

AFFA-nın baş katibi bu məsələyə canıyanalıqla yanaşdı, Tovuz futbolunun gələcəyini düşündü.

Artıq istəyirik ki, avqust-sentyabr aylarında akademiya rəsmən fəaliyyətə başlasın. Sevinirəm ki, bu gün rayonun bəzi vəzifəli şəxsləri, imkanlı insanları «Turan»la maraqlanır.

Onlar bizə öz köməkliklərini təklif ediblər. Hərə bir tərəfdən kömək eləsə, gözəl akademiya yaratmaq olar.

İndi danışıqlar gedir, yaxınlarda nəticəsini görəcəyik. Baza və stadionda yenilənqurma çox olacaq.

İstəyirik ki, meydançanı dəyişək. Əlavə iki-üç meydança da salaq. Bazadakı binaları təmir edəcəyik.

Akademiya 300 nəfəri də qəbul edə bilər, 500 nəfəri. Bütün yaş qrupları üzrə komandalar yaradacağıq.

Məşqçilərə normal maaş veriləcək. 200-300 manat yox. Maaş belə olsa, heç biri can yandırmayacaq işə.

Hamı gəlib yola verəcək. Mənə isə bu cür işləmək lazım deyil. Tanıyanlar bilir ki, mənim üçün işdə qohum söhbəti yoxdu. İşləmək istəyən adama iş verirəm.

Məşqçiləri stimullaşdırmaq lazımdı. Yetişdirdiyi uşağa görə ona əlavə məbləğ verilməlidi. Onda o, komandasına daha çox məsuliyyətlə yanaşacaq, ürəklə çalışacaq.

Bilirsiz, «Turan» üçün əsas nədi? Yaxşı, işküzar və təmihz insanların hamısını bir yerə yığmaq.

Nadir Nəbiyev, Rəşid Məhərrəmov, Vidadi Əhmdov kimi Tovuz futbolunda xidmətləri olan şəxslər bu gün klubun yanındadı.

«Turan»da neçə il işləməyim mənim üçün əhəmiyyətli deyil. mənim üçün əsas burda nə iş görməyimdi, nə iz qoymağımdı. Akademiya açılan gün dərindən bir nəfəs alıb, öz-özümə «mən bu işi gördüm» deyəcəm».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti