"Keşlə" İKİ SƏBƏBdən AFFA-nın qəzəbinə tuş gəldi

19 Mart 2019 19:12 I Divizion 664
"Keşlə" İKİ SƏBƏBdən AFFA-nın qəzəbinə tuş gəldi

AFFA İntizam Komitəsi növbəti iclasında Azərbaycan I Divizionunda çıxış edən klubların yol verdikləri səhvlərə görə cəzalarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, XIX turdakı "Keşlə-2" - "Kəpəz" matçının ikinci hissəsi paytaxt təmsilçisinin səhlənkarlığı ucbatından 3 dəqiqə gec başlayıb.

Klub bunun üçün 240 manat məbləğində cərimə olunub. Komitə MOİK-ə isə 80 manat cərimə kəsib. Buna səbəb "Səbail-2" ilə ev matçında xərək daşıyan uşaqların sayının əsasnaməyə uyğun olmamasıdır.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM