Generalın kürəkəni "Keşlə"də "bazar" açıb - Sifariş, "stavka"…

18 Mart 2019 19:00 I Divizion 1 215
Generalın kürəkəni "Keşlə"də "bazar" açıb -  Sifariş, "stavka"…

Siz oğlunuzun peşəkar futbol klubunun üzvü olmasını, onun formaını geyinməsini istəyir və arzulayırsız?

Elə isə rahat-rahat «Keşlə-2»nin baş məşqçisi Rüstəm Əliyevə müraciət edə bilərsiz.

O, burda sifariş bürosu açmayıb, amma… Pullu-hallı, imkanlı ailələrdən, yuxarı yerlərdən gələn zəngləri qəbul eləyir.

Bunun üçün bircə kərə onun mobil telefonunu yığmaq, zəng elətdirmək kifayətdi. Çünki özü də «Keşlə»yə tapşırıqla, zənglə gəlib.

Generallardan birinin kürəkəni olan gənc «mütəxəsis»ə necə üz verilibsə, «Keşlə»də özünü Bağdadın kor xəlifəsi sayır. «mənə heç kim dəyə, toxuna bilməz» təfəkkürü ilə hərəkət edir.

Komandanın cari mövsümdəki nəticələri qeyri-qənaətbəxşdi. 8 qələbəsi, bir o qədər də məğlubiyyəti var.

Turnir cədvəlinin tən ortasında məskunlaşıblar. Bundan sonra nə ən yuxarı dırmaşacaqlar, nə də ən axıra düşəcəklər.

Hərçənd ki, Əliyevin sərəncamına bol sayda istedadlı gənc verilib. Komandanın simasını korlayanlar isə baş məşqçinin «bığının altından» keçənlərdi.

O tapşırıqla götürdüyü «futbolçular»ı tez-tez meydana buraxır, nizam-intizamlarına fikir vermir. Günlərlə məşqə gəlməyənlər, intizamsızlığa yol verənlər I Divizionu poliqona çevirib – hər oyunda iştirak edirlər. Həm də ki, yalnız oyunda yox, «oyun»da...

«Keşlə-2» 18-ci turda şübhəli matçın iştirakçısı olub. Sabiq «bankirlər» səfərdə «Ağsu» ilə qarşılaşıb və 5:0 hesabıyla qalib gəlib.

İnqilab Məmmədovun idarə etdiyi matçın ilk hissəsində 2, ikinci yarısıenda 3 qol vuran paytaxt təmsilçisi ev sahiblərinin ürəyindən xəbər verib. Belə ki, 90 dəqiqənin məhz bu cür bitəcəyi «Keşlə»lilərə öncədən məlum idi.

Oyundan qabaq onlara eşitdirilib ki, «Ağsu»nun bəzi futbolçuları qeyri-leqal bukmeyker kontorlarına pul qoyuluşu edib.

0:5 hesabı UEFA-nın da diqqətini çəkib. Qurumdan AFFA-ya göndərilən növbəti serkulyar məktubda bu matça dair bəzi informasiyalar yer alıb.

Ağsudakı görüşə Asiya kontorlarının birində böyük pul qoyuluşu edilməsi qeyd olunub.

R.Əliyev Aran səfərində yaşanan hadisələr barədə klub rəhbərliyinə heç bir məlumat verməyib. O, nəyi deyir ki, bunu da desin? Yalnız özünə sərf edənləri, lazım olanları…

Gümanımız var ki, «Keşlə»nin Müşahidə Şurasının sədri Zaur Axundov bütün bunları biləndən sonra əvəzedici komandanı da nəzarəti altına götürəcək, A-dan Z-yə qədər hər şeyi incələyəcək.

Hər halda klubun bir nömrəli məsul şəxsidi və AFFA qarşısında hesabat verir. Niyə ona-buna görə adına söz gəlsin ki?

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti