Divizionda xərək daşıyanlara görə 80 manatlıq cərimələr

14 Mart 2019 13:00 I Divizion 543
Divizionda xərək daşıyanlara görə 80 manatlıq cərimələr

AFFA İntizam Komitəsinin iclasında I Divizionun XVIII turunda qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.

Sportinfo.az xəbər verir ki, bu dəfə də bəzi komandalar həvəskar yanaşmaya görə cərimələnib.

Belə ki, “Turan Tovuz” – “Qaradağ Lökbatan” görüşündə meydan sahibləri matçın protokolunu vaxtında təqdim etmədiyindən, 80 manat cərimələnib.

“Şüvəlan” – “Neftçi-2” qarşılaşmasında isə xərək daşıyan şəxslərin yaşı əsasnaməyə uyğun olmadığına görə, ev sahibi 80 manat məbləğində cərimə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM