Azərbaycan klubunda tender

11 Mart 2019 20:36 I Divizion 1 115
Azərbaycan klubunda tender

Tovuzda yaradılması qərara alınan futbol akademiyası ilə bağlı işlərə yaxın 10-15 gün ərzində başlanılacaq.

Bu barədə Sportinfo.az-a «Turan»ın Müşahidə Şurasının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, AFFA tərəfindən maliyyələşdiriləcək layihə ilə əlaqədar qarşıdakı günlərdə tender elan olunacaq:

«Bakıdan nümayəndələr gəlməlidi. Tovuzdakı baza və stadionla tanış olacaqlar. Sonra tender olacaq.

Ümumiyyətlə, planlarımız böyükdü. Akademiyaya qəbul 6-7 yaşındandı. Bütün yaş qruplarını əhatə edəcək.

Qonşu rayonları, ordan gələcək uşaqları da nəzərə alacağıq. Fikrimiz avqust-sentyabr aylarında bütün işləri başa çatdırıb, akademiyanın açılışını elan etməkdi».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti