BRAZİLİYALI: "Kəpəz”ə daha çox faydalı olmaq istəyirəm”

8 Mart 2019 18:48 I Divizion 692
BRAZİLİYALI: "Kəpəz”ə daha çox faydalı olmaq istəyirəm”

“İkinci dövrənin son 3 oyunu göstərdi ki, komandamız yaxşı oynaya və qələbə qazana bilər.

Elə ötən turda qalib gəlməklə bunu sübut etdik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Kəpəz”in əsas komandasının üzvü Dieqo Souza deyib.

Braziliyalı legioner Gəncə klubunun rəsmi saytına açıqlamasında məşqçilərə və komanda yoldaşlarıma inandığını söyləyib:

"Ümid edirəm ki, çempionatda növbəti görüşdən də 3 xal götürə bilərik. Evdə azarkeşlərimiz önündə çıxış etməyimiz də bizim üstünlüyümüzdü. Bundan mütləq yararlanmalıyıq”.


Yarımmüdafiəçi oyuna hazırlıqla da bağlı danışıb: “Məşq prosesi yaxşı keçib, futbolçular işə məsuliyyətlə yanışıblar.

Ümumiyyətlə, hazırlığımız həmişə yüksək səviyyədə olub. Məğlub olmaq və ya heç-heçə oynamaq o demək deyil ki, komanda zəif məşq edib. Hər matça eyni qaydada, eyni istək və həvəslə hazırlaşmışıq.

Dieqo əvvəlki formasından uzaq olsa da, yavaş-yavaş faydalı iş əmsalını artırır. Son oyunlar da bunu göstərir:

“Zədələr çox oldu və bu da çıxışıma təsirsiz ötüşmədi. İndi düzgün məşqlərin sayəsində zədələnmirəm, performansım get-gedə yüksələcək. Komandaya kömək etmək, daha çox faydalı olmaq istəyirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti