İrandan hücumçu gətirdi - Milliləşdirilsə, lazım olacaq

7 Mart 2019 17:24 I Divizion 1 022
İrandan hücumçu gətirdi - Milliləşdirilsə, lazım olacaq

«Sabah» qış fasiləsindən sonra düşərgəsinə yeni hücumçu tələb edib.

Reza Biqdelo ilə müqavilə bağlanıb.

İrandan gələn 2000-ci il təvəllüdlü forvard hələlik əvəzedici heyətdə çıxış eləyəcək.

Reza artıq fərqlənməyə də imkan tapıb. O, I Divizionun ötən turunun «Keşlə-2» ilə səfər oyununda «Sabah-2»nin 2:0 hesablı qələbəsini rəsmiləşdirib.

Əslən azərbaycanlı futbolçunun «Sabah»ın əsas komandasına dəvət alması böyük ölçüdə gənclərdən ibarət millilərin məşqçilərindən asılıdı.

Əgər onu Azərbaycan yığmasına dəvət etsələr, yəni, AFFA bu milliləşdirməyə qol qoysa, Premyer Liqanın debütantı hərəkətə keçəcək.

Elşad Əhmədov Rezanın istedadına arxayındı, sadəcə, Rezanı yerli statusla sərəncamında görmək istəyir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti