Sponsor tapılarsa, "Kəpəz" Premyer Liqaya qaytarılacaq

6 Mart 2019 11:00 I Divizion 886
Sponsor tapılarsa, "Kəpəz" Premyer Liqaya qaytarılacaq

"Futbol klubları, adətən, təkcə Azərbaycanda yox, bütün dünyada sponsor tərəfindən maliyyələşdirilirlər".

Sportinfo.az xəbər verir ki, bu sözlər Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovə məxsusdu.

GİN rəhbəri "Kəpəz"in Premyer Liqaya qayıdış variantını belə şərh edib: "Sponsor üçün də əlverişli variant seçilib.

Premyer Liqada iştirak üçün tələb olunan maliyyə vəsaitinin məbləği AFFA-nın Növbəti Hesabat Konfransında səsləndirildi.

Bu vəsait ona görə lazımdı ki, futbolçular ilboyu maaş ala bilsinlər, ezamiyyət pulları verilsin. Sponsor tapılarsa, "Kəpəz"in çıxışını Premyer Liqada davam etdirməsinə şad olarıq".

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM