“Qaradağ"ın səhlənkarlığı ucbatından... Diviziona cəza "yağdı"

5 Mart 2019 19:12 I Divizion 603
“Qaradağ"ın səhlənkarlığı ucbatından... Diviziona cəza "yağdı"

AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında I divizionun XVII turundakı oyunlarında qeydə alınmış neqativ hallar müzakirə olunub.

Sportinfo.az xəbər verir ki, qurum, xüsusən də, “Ağsu” – “Səbail-2” görüşü ilə bağlı cəzalar tətbiq edib.

4 futbolçusu sarı vərəqə alan “Ağsu” 80 manat cərimə olunub. Qarşılaşmanın 36-cı dəqiqəsində hakimi təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilən “Ağsu”lu Fərrux Rəhimov klubunu 320 manat ziyana salıb.

Bundan 2 dəqiqə sonra komandanın digər üzvü Sahib Cümşüdov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alıb.

O isə 2 oyunluq cəzaya, klubu da 160 manatlıq cərimərə məruz qalıb. Həmçinin matçın təhlükəsizliyini tam təmin etməyən “Ağsu” daha 400 manat cərimələnib.

“Səbail-2” isə görüşün protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimə olunub.

Liqanın “Qaradağ Lökbatan” – “Kəpəz” oyununda “Qaradağ Lökbatan”ın səhlənkarlığı ucbatından ikinci hissə 3 dəqiqə gec başlayıb. Bu da komandanın 240 manat cərimələnməsinə səbəb olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti