Gəncə futbolu ilə bağlı qərar dəyişdi – Yenisinə ehtiyac yoxdu

5 Mart 2019 18:48 I Divizion 1 139
Gəncə futbolu ilə bağlı qərar dəyişdi – Yenisinə ehtiyac yoxdu

Gəncə şəhər stadionunda yenidənqurma işlərinə başlanılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 5 mart – Bədən Tərbiyəsi və İdman günü ilə bağlı Gəncədə təşkil olunmuş tədbirdə gənclər və idman naziri Azad Rəhimov bildirib.

Nazir deyib ki, bu yöndə işlərin 2020-ci ildə başa çatdırılması planlaşdırılır.

A.Rəhimov Prezident İlham Əliyevin Gəncədə yeni Olimpiya Kompleksinin tikintisinə dair sərəncam imzaladığını xatırladıb.

O qeyd edib ki, öncədən kompleksin nəzdində təzə stadionun tikilməsi nəzərdə tutulub. Lakin sonradan qərar qəbul olunub ki, şəhərdə stadion artıq mövcuddu və yenisinə ehtiyac yoxdu.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM