Region Liqasından I Diviziona yüksəlmək üçün bir klub müraciət edib.
AFFA-nın baş katibi Elxan Məmmədov bugünlərdə həmin iddialı ilə görüş keçiriləcəyini və bunun üçün təşəbbüs göstərdiyini deyib:
"Bu, yeni layihə idi və bölgələrdə doğrudan da böyük maraq var. Bir komanda maraq göstərir. Onlarla görüş də təyin etmişik.
Planımız məhz Region Liqasından I Diviziona komandanın gəlməsi idi. Sevindirici haldı ki, Region Liqasına bölgələrdə böyük maraq var".
Ahağı dəstədə mübarizə aparmaq istəyən klubun adını öyrənmişik. Bu, ötən il yaradılan və Region Liqasının Paytaxt-Şimal zonası üzrə lideri olaraq pley-off mərhələsinə vəsiqə qazanan "FC Baku"du.
Şəhərlilər iddialı klub yaratmağı qarşısına məqsəd qoyub. Bu istiqamətdə kompleks işlər görülür. Böyük baza və stadion tikilir, akademiyanın fəaliyyət göstərməsi üçün tədbirlər planı işlənilir.
"FC Baku"nun maliyyə dayaqları sabitdi. "Baku City" hospitalı və başqa bir neçə şirkət tərəfindən dəstəklənir.
SPORTİNFO.AZ

