Azərbaycanda həbsdən çıxan futbolçu komandasına qələbə qazandırdı - VİDEO

15 Mart 2018 17:00 I Divizion 700
Azərbaycanda həbsdən çıxan futbolçu komandasına qələbə qazandırdı - VİDEO

Hazırda "Zaqatala"da çıxış edən Nicat Muxtarov həbsdən çıxdıqdan sonra ilk qolunu vurub.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi I Divizionun XVIII turunda "Turan Tovuz"la səfər matçında fərqlənib. Muxtarov 6-cı dəqiqədə qol vuraraq komandasına qələbə qazadırıb - 1:0.

Bu qələbə sayəsində "Zaqatala" xallarını 11-ə çatdırsa da, sonuncu pillədə qalıb. "Turan Tovuz" isə 25 xalla 6-cıdır.

Nicat Muxtarov "Sumqayıt"da çıxış etdiyi vaxt - sentyabrın 9-da və 15-də yerli telekommunikasiya qovşağına məxsus, ümumilikdə, 695 metr hava rabitə kabelinin kəsilərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub. O, bir müddət həbsdə qaldıqdan, cinayətdə əli olmadığı bilinəndən sonra azadlığa buraxılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti