Bu gün I Divizionda 18-ci turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, hesabat turunun bütün görüşləri eyni gündə, eyni saatda baş tutub.
Qış fasiləsindən sonrakı oyunlarında ardıcıl məğlubiyyətlərlə üzləşən lider “Qaradağ Lökbatan” bu dəfə səfərdə “Ağsu”ya uduzub. Ramil Əliyevin 89-cu dəqiqədə vurduğu yeganə qol aranlılara uzun fasilədən sonra ilk qələbəni qazandırıbsa, qonaqlar ardıcıl 4-cü dəfə meydanı məğlub tərk edib.
Yəqin ki, bundan sonra Həbib Ağayev yaxalığını yuxarı qaldırmaqdan və özündənrazı yerişindən imtina edəcək. Yerini Kamal Quliyevdən ötrü boşaltsın. Hazırda «Neftçi»nin akademiyasında sıradan bir vəzifə daşıyan Quliyevi son vaxtlar «Qaradağ»ın oyunlarında tez-tez görmək olar. Bir təsadüfmü?
Son çempion “Turan Tovuz” doğma meydanda autsayder “Zaqatala”ya məğlub olub. Yaxınlarda həbsdən buraxılan Nicat Muxtarovun vurduğu erkən qolla. Maraqlıdı ki, şimal təmsilçisi ilk dövrədəki matçda da rəqibini məğlubiyyətə uğratmağı bacarmışdı.
“Mil-Muğan” – “Sabah”, MOİK – “Binə” və “Xəzər” - “Şüvəlan” görüşlərində heç-heçə qeydə alınıb. İlk iki cütdə qonaqları qələbədən bir neçə dəqiqə ayırıbsa, Premyer Liqaya iddialı “Xəzər”in öz meydanında “Şüvəlan”ı yepnə bilməməsi bir qədər gözlənilməz oldu. Turnir cədvəli baxımından böyük maraq kəsb edən qarşılaşmanın qolsuz başa çatması ən çox qonaqların işinə yaradı.
“Mil-Muğan” – “Sabah” 1:1
Qol: Elxan Məmmədov, 58 – Raul Yaqubzadə, 6.
Hakimlər: Vüqar Həsənli, Yaşar Abbasov, Cəmil Quliyev, Nicat İsmayıllı.
Heydər Əliyev adına İmişli şəhər stadionu.
MOİK – “Binə” 1:1
Qol: Bahadur Həziyev, 88 – Renat Aşurov, 76.
Hakimlər: Rəşad Əhmədov, İsgəndər Əliyev, Vüsal Qənbərov, Anar Göyçayski.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
“Ağsu” – “Qaradağ Lökbatan” 1:0
Qol: Ramil Əliyev, 89.
Hakimlər: Ziya Nəsirov, Murad Kərimov, Azər Əsgərov, Emin Nağıbəyov.
Ağsu şəhər stadionu.
“Turan Tovuz” – “Zaqatala” 0:1
Qol: Nicat Muxtarov, 6.
Hakimlər: Nail Nağıyev, Habil Əliyev, Elşad Abdullayev, Samir Hüseynov.
Tovuz şəhər stadionu.
“Xəzər” - “Şüvəlan” 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Cavanşir Yusifov, Rövşən Rəcəbov.
Bakı. “İnter Arena”.
| 1 | Qaradağ Lökbatan | 18 | 12 | 2 | 4 | 33-17 | 38 |
| 2 | Şüvəlan | 18 | 9 | 3 | 6 | 20-15 | 30 |
| 3 | MOİK | 18 | 9 | 3 | 6 | 26-19 | 30 |
| 4 | Binə | 18 | 8 | 4 | 6 | 24-17 | 28 |
| 5 | Xəzər | 18 | 7 | 5 | 6 | 17-11 | 26 |
| 6 | Turan Tovuz | 18 | 7 | 4 | 7 | 26-24 | 25 |
| 7 | Sabah | 18 | 6 | 5 | 7 | 20-27 | 23 |
| 8 | Mil-Muğan | 18 | 6 | 3 | 9 | 27-35 | 21 |
| 9 | Ağsu | 18 | 6 | 3 | 9 | 18-30 | 21 |
| 10 | Zaqatala | 18 | 3 | 2 | 13 | 15-31 | 11 |
|
Sabir Allahquliyev ("Qaradağ Lökbatan") - 9 qol
|
|||||||

