I Divizionda 17-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.
“Sabah” MOİK-lə oyunda minimal hesabla üstün olub. Qış fasiləsində «Səbal»dən icarəyə götürülən Raul Yaqubzadə son dəqiqədə vurduğu yeganə qolla debütanta ardıcıl ikinci qələbəsini qazandırıb
. İlk «üçlük» hədəfiylə yeni ilə başlayan Arif Əsədova belə davamiyyət hava və su kimi vacibdi. Təbriz Həsənov başının üstünü «domokl qılıncı» kimi kəsdirib.
Rəhbərlikdə təmsil olunan bəzi şəxslər, əslində, komandanın uğursuzluğunda maraqlıdı. «Snikers Təbriz» onlara «iş görmək» üçün daha münbit «zəmi» vəd edir deyə.
Ötən tur gözlənilmədən «Zaqatala» ilə 1:1 edən “Şüvəlan” “Mil-Muğan”ı məğlub yola salıb. Əldə olunan 3 xalın Aqil Nəbiyevi ovundurduğunu söyləyə bilərik.
«Karqoçular» artıq turnir cədvəlinin 2-ci pilləsindədi. Aşağı büdcəylə buradək irəliləməyin özü gənc mütəxəssisin aktivinə «+» yazacaq.
Turun digər oyunları: “Zaqatala” – “Xəzər” 1:2, “Qaradağ Lökbatan” – “Turan Tovuz” 1:3, “Binə” – “Ağsu” 1:0.
“Sabah” – MOİK 1:0
Qol: Raul Yaqubzadə, 85.
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Roman Vasilyev, Nail Nağıyev.
Binə qəsəbə stadionu.
“Şüvəlan” – “Mil-Muğan” 2:1
Qol: Vüqar Əlibabayev, 21. Nurzay Kvirtiya, 68 – Anar Babayev, 30.
Qırmızı vərəqə: Samir Babayev, 35.
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Səbuhi Soltanov, Ramiz Məhərrəmov.
Bakı. “AZAL Arena”.
| 1 | Qaradağ Lökbatan | 17 | 12 | 2 | 3 | 33-16 | 38 |
| 2 | Şüvəlan | 17 | 9 | 2 | 6 | 20-15 | 29 |
| 3 | MOİK | 17 | 9 | 2 | 6 | 25-18 | 29 |
| 4 | Binə | 17 | 8 | 3 | 6 | 23-16 | 27 |
| 5 | Xəzər | 17 | 7 | 4 | 6 | 17-11 | 25 |
| 6 | Turan Tovuz | 17 | 7 | 4 | 6 | 26-23 | 25 |
| 7 | Sabah | 17 | 6 | 4 | 7 | 19-26 | 22 |
| 8 | Mil-Muğan | 17 | 6 | 2 | 9 | 26-34 | 20 |
| 9 | Ağsu | 17 | 5 | 3 | 9 | 17-30 | 18 |
| 10 | Zaqatala | 17 | 2 | 2 | 13 | 14-31 | 8 |
|
Sabir Allahquliyev ("Qaradağ Lökbatan") - 9 qol
|
|||||||

