“Xəzər“ baş məşqçisiz qalsa da… “Qaradağ” yenə yıxıldı

8 Mart 2018 18:00 I Divizion 900
“Xəzər“ baş məşqçisiz qalsa da… “Qaradağ” yenə yıxıldı

Bu gün I Divizionda 17-ci turuna start verilib.

Sportinfo.az xəbər verir ki, turun ilk oyun günündə 3 qarşılaşma keçirilib.

Lider “Qaradağ Lökbatan” ardıcıl üçüncü məğlubiyyətini alıb. Lökbatan təmsilçisi «Şüvəlan» və «Xəzər»dən sonra bu dəfə evdə “Turan Tovuz”a uduzub - 1:3.

"Binə" öz myedanında "Ağsu"ya minimal hesabla qalib gəlibsə, "Xəzər" səfərdə "Zaqatala"nı 2:1 üstələyib.

Maraqlıdı ki, qonaqlar şial bölgəsinə baş məşqçisiz yollanıb. AFFA-nın keçirdiyi «Pro» kateqoriyalı kursların 6-cı raunduna qatılan Elşad Əhmədovun yoxluğu hiss olunmayıb.

Premyer Liqaya iddialı debütant oyunun 11-ci dəqiqəsində hesabda geri düşsə də, Rövşən Babayevin kollektivi tez toparlayıb: Bəxtiyar Soltanovun status-kvonu bərpa eləməsi cəmi 4 dəqiqə çəkib.

Sona 4 dəqiqə qalmış isə Tural Qürbətov yenidən səhnəyə çıxıb. «Qaradağ Lökbatan»la qarşılaşmada komandasına qalibiyyət gətirən qolu vuran «Bakı»nın yetirməsi Zaqatalada da xilaskar rolunu oynayıb.

"Zaqatala" - "Xəzər" 1:2

Qollar: Elvin Həsənov, 11 - Bəxtiyar Soltanov, 15. Tural Qürbətov, 86.

Qırmızı vərəqə: Sahil Zeynalov, 90+2.

"Qaradağ Lökbatan" - "Turan Tovuz" 1:3

Qollar: Sabir Allahquliyev, 71-pen - İlkin Rzayev, 54; 80. Ziyabil Məmmədov, 58.

"Binə" - "Ağsu" 1:0

Qol: Sərxan Ağayev, 10.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti