"Komandaya 2 legioner dəvət etmişik, başqa çarəmiz yox idi"

6 Mart 2018 19:00 I Divizion 1 004
"Komandaya 2 legioner dəvət etmişik, başqa çarəmiz yox idi"

«Komandamıza 2 legioner dəvət etmişik, başqa çarəmiz yox idi».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

I Divizion klubunun çalışdırıcısı bildirib ki, düşərgədə futbolçu çatışmazlığı var və bu, hətta gündəlik məşqlərin normal qaydada təşkilini əngəlləyir:

«Abass Ganiu qanalı, İsmael Kouame Fil Dişi Sahilindəndi. Abass hücumçudu, İsmael cinah yarımmüdafiəçisi.

Komandamız əsasən təcrübəsiz gənclərdən təşkil olunub. Çoxu ilk dəfədi divizionda oynayır. Dəvət göndərdiyimiz yerli uşaqlar isə Zaqatala gəlməyə az həvəs göstərir. Legioner götürməli idik ki, mövqelər üzrə çatışmazlıqları aradan qaldıraq. Müəyyən qədər bunu etdik.

Bilirsiz, yoxlanışdan keçən legioner çox oldu. Kim mənin sistemimə uyğun deyildisə, birini də saxlamadım. Avropada tanınan futbolçu ol, görsəm ki, fəlsəfəmizə yadsan, səni də gndərəcəm. Nə qədər ki burdayam, prinsipimi dəyişməyəcəm.

Rəhbərlik mənə tapşırıb ki, gələn ilin komandasını formalaşdırmağa indidən başla. Vaxt itirmək olmaz, nə bacarıramsa, edirəm. Yəqin ki, gələn çempionatda da «Zaqatala»nın baş məşqçisi mən olacam.

Çünki rəhbərlik söhbət zamanı bildirdi ki, planımız uzunmüddətlidi və sən işini yavaş-yavaş qur. Hələ bir gələnilki büdcəni bilək.

Bəlkə indikindən çox oldu, bəlkə az oldu… Mənə bir söz deməyiblər. AFFA büdcədə artım etsə, bundan bir neçə dəfə güclü komanda düzəldə bilərəm».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti