“Qaradağ Lökbatan” bu dəfə “Xəzər”ə uduzdu

2 Mart 2018 17:12 I Divizion 646
“Qaradağ Lökbatan” bu dəfə “Xəzər”ə uduzdu

I Divizionda 16-cı tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyun günündə 2 görüş baş tutub.

Çempionatın lideri “Qaradağ Lökbatan” səfərdə “Xəzər”lə üz-üzə gəlib. İlk məğlubiyyətini ötən tur alan lider bu oyundan da xalsız ayrılıb. MOİK isə səfərdə “Mil-Muğan”a qalib gəlib.

Turun digər oyunları: “Ağsu” – “Sabah” 0:1, “Turan Tovuz” – “Binə” 3:0, “Şüvəlan” – “Zaqatala” 1:1.

“Xəzər” – “Qaradağ Lökbatan” 1:0
Qol: Tural Qürbətov, 5.
Hakimlər: Əliyar Ağayev, Yaşar Abbasov, Rza Məmmədov, Alik Yunusov.
Bakı. “İnter Arena”.

“Mil-Muğan” – MOİK 1:2
Qol: Vüqar Asəliyev, 31 – Bəhruz Teymurov, 12. Cəmli Hacıyev, 57.
Hakimlər: Etibar Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Səbuhi Bayramov.
Heydər Əliyev adına İmişli şəhər stadionu.

1 Qaradağ Lökbatan 16 12 2 2 32-13 38
2 MOİK 16 9 2 5 25-17 29
3 Şüvəlan 16 8 2 6 18-14 26
4 Binə 16 7 3 6 22-16 24
5 Xəzər 16 6 4 6 15-10 22
6 Turan Tovuz 16 6 4 6 23-22 22
7 Mil-Muğan 16 6 2 8 25-32 20
8 Sabah 16 5 4 7 18-26 19
9 Ağsu 16 5 3 8 17-29 18
10 Zaqatala 16 2 2 12 13-29 8

Elnur Səmədov ("Turan Tovuz") - 8 qol
Sabir Allahquliyev ("Qaradağ Lökbatan") - 8 qol
Samir Babayev ("Mil-Muğan") - 8 qol

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti