"Əvəzedici heyətdə işləyərəm, ancaq divizion klubunda yox"

2 Mart 2018 15:48 I Divizion 784
"Əvəzedici heyətdə işləyərəm, ancaq divizion klubunda yox"

"Premyer Liqada, yığmalarda da işləmişəm. Mən gedib əvəzedici heyətdə işləyərəm. Ancaq gedib birinci liqada işləmərəm"

Sportinfo.az xəbər verir ki, bu sözlər 17 yaşlılardan ibarət millinin keçmiş baş məşqçisi Mirbağır İsayevə məxsusdu.

Ötən ilin oktyabrında iş yerindən ayrılan mütəxəssis I Diviziondan gələn təklifləri geri çevirdiyini bildirib:

"Mətbuatı izləyirəm və necə çirkin söhbətlərin getdiyini görürəm. Birinci divizionda məğlub olmayan komandam olub.

“Abşeron”da işlədiyim dövrdə, ikinci söhbət ola bilməzdi. Biz hər oyuna qələbə üçün çıxırdıq. Bundan sonra da çalışacam ki, işlədiyim yerdə ancaq xeyir verim".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti