Bu gün I Divizionda 16-cı tura start verilib.
Sportinfo.az xəbər verir ki, millinin keçmiş hücumçusu Məhəmməd Qurbanovun 89-cu dəqiqədə vurduğu yeganə Qol «Sabah»a Ağsu səfərində 3 xal qazandırıb.
Autsayder «Zaqatala» isə Premyer Liqa havasında olan «Şüvəlan»ı büdrədib. Beləcə, şimal təmsilçisi yeni baş məşqçisi Rüstəm Məmmədovun rəhbərliyi altında 4-cü xalı əldə edib.
Daha bir gözlənilməz nəticə Tovuzda qeydə alınıb. Ötən həftə «Xəzər»ə qalib gələn «Binə» yerli «Turan»dan 3 cavabsız top buraxıb.
Maraqlıdı ki, keçən tur komandasının qəhrəmanı olan Kamil Hüseynov bu gün 1-ci dəqiqədə avtoqola imza atmaqla, darmağının əsasını qoyub.
“Ağsu” – “Sabah” - 0:1
QOL: Məhəmməd Qurbanov, 89
Ağsu şəhər stadionu
“Turan Tovuz” – “Binə” - 3:0
QOLLAR: Kamil hüseynov, 1-avtoqol, Rəhman Musayev, 51, Elmin Bayramov, 90+3
Tovuz şəhər stadionu
“Şüvəlan” – “Zaqatala” - 1:1
QOLLAR: Nuqzar Kvirtiya, 45-pen (1:0), İsmael Kouame, 61 (1:1)
AZAL Arena

