"Mən bu klubu futbolda 1 günlük xəilifə olmaq üçün yaratmamışam"

1 Mart 2018 15:00 I Divizion 1 052
"Mən bu klubu futbolda 1 günlük xəilifə olmaq üçün yaratmamışam"

«Mən bu klubu futbolda 1 günlük xəilifə olmaq üçün yaratmamışam » - bu sözləri Sportinfo.az-a açıqlamasında «Binə»nin prezidenti Teymur Həsənli deyib.

O. sahibi olduğu qəsəbə təmsilçisinin fəaliyyətini genişləndirmək istədiyini bildirib:

«Binədə peşəkar klub formalaşdırmaq üçün hər cür şərait var. Stadionun yaxınlığında yerləşən ərazidə 12 hektardan artıq yer var.

Həmçinin istifadə olunmayan köhnə bir tikili mövcuddu. Mən onun yerində otel və baza tikmək istəyirəm. Bir neçə təbii və süni örtüklü meydança salmağı planlaşdırıram.

Əlbəttə, bütün bu işləri təkbaşına görmək və birdən-birə etmək mümkün deyil. Əlaqədar dövlət təşkilatlarına və AFFA-ya müraciət etmişik, görək, bizə nə köməkləri dəyir.

«Binə»nin yarandığı heç 1 il deyil, ancaq klubumuza maraq böyükdü. Bunu oyunlarımıza gələn azarkeşlərin sayından da görmək olar. Premyer Liqanın bəzi klubları futbolçuolarımızla maraqlanır.

Baş məşqçimiz Mehman Babayevi «Neftçi»dən istədilər, icazə verdik ki, getsin. Rəsmi təklif olsa, o birilərini də buraxarıq. Bizim üçün fəxrdi ki, futbolçularımız, məşqçilərimiz Premyer Liqaya dəvət alır.

Heç kimi zorla tutub saxlayan deyilik. Ürəyi istəyən qalacaq, istəməyən gedəcək. Amma vaxt gələcək, bir çox məşqçi, futbolçu «Binə»ni istəyəcək. Təki, salamatlıq olsun!

AFFA və Peşəkar Futbol Liqası daim klubumuzla maraqlanır. Onların isti münasibəti məni daha da ümidləndirir, «Binə»ylə bağlı böyük işlər görməyə həvəsləndirir».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti