"Qarabağ"ın bombardiri İmişli klubunun başına bəla oldu

28 Fevral 2018 16:24 I Divizion 845
"Qarabağ"ın bombardiri İmişli klubunun başına bəla oldu

AFFA İntizam Komitəsinin "Mil-Muğan"a texniki məğlubiyyət verməsinin təfərrüatı məlum olub.

Sportinfo.az xəbər verir ki, problem I Divizionun XV turunda "Zaqatala” ilə səfər matçının protokolunu dolduran şəxsin səhvi üzündən baş verib.

“Mil-Muğan”ın 11 nömrəli futbolçusu Şahin Əliyevin qeydiyyat vərəqəsi görüşü idarə edən hakimlər briqadasına təqdim edilsə də, qonaqlar 23 yaşlı futbolçunun adını oyunun protokolunda qeyd etməyi unudublar.

Əliyev qarşılaşmanın 61-ci dəqiqəsinə komanda yoldaşı Anar Babayevin əvəzinə meydana daxil oluğu üçün İmişli təmsilçisi texniki məğlubiyyətlə üzləşib. Həmçinin “Mil-Muğan” 800 manat cərimə olunub.

"Zaqatala" - "Mil-Muğan" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Şahin Əliyev ötən mövsüm "Qarabağ"ın heyətində 13 qolla əvəzedicilərin çempionatının bombardiri olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti