"Bu oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibimiz "Xəzər" də layiqli mübarizə apardı".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Xəzər" ilə matçdan sonra «Binə»nin baş məşqçisi İsmayıl Hüseynov deyib.
I Divizionun XV turunda qonaqlar xala həsrət qalıb. Paytaxt derbisinin taleyini 1 qol həll edib. Məhəmməd Bədəlbəyli «Binə»yə çox vacib 3 xal qazandırıb.
Qəsəbə təmsilçisinin çalışdırıcısı bu qələbə münasibətilə bütün komandanı, azarkeşləri təbrik edib:
"Futbolçularım oyuna çox yaxşı köklənmişdilər. Ümumilikdə komandadan razı qaldım. İnanıram ki, oyundan-oyuna daha da artıracağıq. Çalışacağıq ki, qələbələrimizin davamı gəlsin".

