«Mən bu klubu yaradanədək ailəmiz, dostlarımız futbolla bir o qədər yaxından maraqlanmırdı» - «Binə»nini prezidenti Teymur Həsənli Sportinfo.az-a açıqlamasında belə deyib.
Saytımıza danışan “Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsmənovun oğlu atasının artıq I Divizion oyunlarına biganə qalmadığını bildirib:
«Yaşar müəllimin vaxtı olanda stadiona təşrif buyurur. Xüsusən prinsipial qarşılaşmala zamanı siz onu tribunada görə bilərsiz.
O gələndə qələbəyə həmişəkindən çox, ikiqat mükafat təyin edirik. Klubun vəziyyəti, futbolçularıyla yaxından maraqlandırır.
Onun hər gəlişi futbolçulara böyük ruh verir. Qələbələr qazandıqca, görürəm ki, istər ailə üzvlərimizin, istərsə də dostlarımızın futbola həvəsi bir qədər də artır.
Çünki dövlətin idman siyasətinə qulluq edirik və çalışırıq ki, Binə kimi qəsəbə və kəndlərimizdə də böyük futbol olsun, inkişaf etsin. Bu yolda əlimizdən gələni əsirgəmirik. Biz də çox istəyirik ki, ağsaqqalımızın üzünü ağ edək»

