"Xəzər"in icraçı direktoru: "Bizə muzdlu azarkeş lazım deyil"

16 Fevral 2018 19:48 I Divizion 1 079
"Xəzər"in icraçı direktoru: "Bizə muzdlu azarkeş lazım deyil"

"Bu söhbətlərin hardan və nədən qaynaqlandığını bilmirəm" – bu sözləri Sportinfo.az-a açıqlamasında «Xəzər»in icraçı direktoru Emin Abbasov deyib.

Bu gün mətbuatda yayılan məlumatlara görə, I Divizionda mübarizə aparan və növbəti mövsüm elitaya yüksəlməyi qarşısına hədəf qoymuş “Xəzər” azarkeş yığmaq üçün maraqlı üsula əl atıb.

İddiaya görə, 90 dəqiqə ərzində Bakı komandasını dəstəkləyənlərə 5 manat verilir. Elan isə “Xəzər” - “Sabah” oyunundan əvvəl sosial şəbəkədə yerləşdirilib. Sakit Xəlilov adlı şəxs tərəfindən.

E.Abbasov bu xəbərin reallığı əks etdirmədiyini bildirib:

«Bizə muzdlu azarkeş lazım deyil.Dünən "Xəzər" - "Sabah" oyununda olanlar da gördü ki, bizim klub fanat qrupu ilə təmsil olunmurdu.

Stadionda "Sabah"ın azarkeş qrupu və komandaları dəstəkləyən izləyicilər, futbol adamları var idi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti