Premyer Liqaya birbaşa vəsiqəyə iddia edən klub ortaya böyük pul qoydu

17:40 I Divizion 202
Premyer Liqaya birbaşa vəsiqəyə iddia edən klub ortaya böyük pul qoydu

I Liqanın ən imkanlı klubu olan «Səbail»in mükafat fondu müəyyənləşib.

İyunda sabiq «dənizçilər»i himayəsinə götürmüş şəxs (SOCAR-da çalışır) komandaya böyük məbləğdə büdcə ayırıb.

Premyer Liqaya birbaşa vəsiqə qazanmaq iddiası ilə yola çıxan kollektiv hər qələbəyə görə mükafat alacaq. Onun da məbləği rəqiblərdən asılı olaraq dəyişir.

Belə ki, ortabab və autsayderlərlə görüşlərdə qazanılacaq 3 xalın müqabilində hər futbolçuya 1000 manat ödəniləcək. Yuxarı yerlər uğrunda mübarizə aparanlarla duellərdə isə «ənam» 1500-2000 manat olacaq.

Adıçəkilən klubun təsisçiliyi 300 min manat qarşılığında satılıb. İndi onun gerçəyi SOCAR-da çalışan vəzifəli şəxslir.

Həmin fiqur böyük maddi imkanlara sahibdir. Qubada bir neçə şirkət qurub və məqsədi futbol vasitəsilə özünü geniş ictimaiyyətə tanıtmaq və müsğət reputasiya qazanmaqdır.

Odur ki, «Səbail»ə böyük maliyyə vəsaiti ayırıb və tələbi Premyer Liqaya vəsiqə qazanmaqdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti