Liqanın iddialı klubundan növbəti səs-küylü TRANSFER XƏBƏRİ

21:40 I Divizion 322
Liqanın iddialı klubundan növbəti səs-küylü TRANSFER XƏBƏRİ

Yeni mövsümə iddialı heyət quran MOİK daha bir səs-küylü transferə hazırlaşır.

Birinci Liqa təmsilçisi son 4 mövsümü "Turan Tovuz"da keçirən Şəhriyar Əliyevin xidmətində maraqlıdır.

33 yaşlı stoperlə ilkin danışıqlar da baş tutub.

İlkin razılıq əldə olunub.

Başqa təklifləri olan təcrübəli sima son qərarı verməyə tələsmir.

“Bakı”nın yetirməsi "Turan Tovuz"dan başqa “Qarabağ”, “Kəpəz” və “Keşlə”də (indiki “Şamaxı”) forma geyinib.

Əliyev Azərbaycan millisinin heyətində 2 oyunda meydana çıxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti