“Şahdağ Qusar”ın yeni baş məşqçisi bəlli olub.
Sportinfo.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb.
Klub rəhbərliyi davam edən danışıqlardan Füzuli Məmmədovla razılığa gəlib. Yeni baş məşqçi ilə 1+1 illik sözləşmə imzalanıb.
Füzuli Məmmədovun köməkçiləri Rafael Əmirbəyov, Rauf Mehdiyev və Əzəmət Ələkbərli olacaqlar.
F.Məmmədov ötən mövsüm "Karvan-Yevlax"ı çalışdırıb. Premyer Liqada yerini itirən Yevlax klubunun bir neçə gün öncə onunla vidalaşmasını xatırladaq.

