Azərbaycanda çempion klub maliyyə böhranı ilə üzləşdi, əksər futbolçular ayrıldı

14:40 I Divizion 486
Azərbaycanda çempion klub maliyyə böhranı ilə üzləşdi, əksər futbolçular ayrıldı

Bu mövsüm II Liqanın çempionu olan «Xankəndi»də maliyyə problemlərinin yarandığı iddia olunur.

Bu barədə redaksiyamıza komandanın futbolçuları məlumat verib.

Onların bildirdiyinə görə, yaxınlarda klubda maddi çətinliklər əmələ gəlib. Odur ki, əksər oyunçular yeni müqavilə bağlamadan düşərgəni tərk edib.

«Xankəndi»nin ilk dəfə mübarizə aparacağı I Liqada iddialı olacağı gözlənilmir. Çünki mövcud rəhbərlik meydanda tək qalıb.

Bir neçə şirkət «Xankəndi»nə sponsorluq dəstəyi verəcəyini vəd etsə də, sözünün arxasında dayanmayıb.

Üç il öncə yaradılan klub ötən müddətdə iki çempionluq əldə edib. Öncə Region Liqasının qalibi olan Qarabağ təmsilçisi bu dəfə II Liqanı birinci yerdə başa vurub və birbaşa I Liqaya yüksəlib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 İyun 16:55 Onlara viza verilmədi