Preymer Liqaya vəsiqə qazana bilməyən «Mingəçevir» dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.
Bu barədə redaksiyamıza düşərgədən məlumat verilib.
Bildirilib ki, ASTA klubu maliyyələşdirməkdən imtina edib. Hazırda həbsdə olan Adnan Əhmədzadəyə bağlı şəxs - Rafael Bünyatov əlini «işıqçılar»ın üzərindən çəkib.
O, yaxın adamları vasitəsilə komanda üzvlərini bu barədə xəbərdar edib.
2025-ci ilin əvvəlində «Mingəçevir»i himayəsinə götürmüş şirkətin başçısı maddi imkanlarının zəifləməsini əsas gətirib. Bünyatov klubdakı təsisçilik payını satmağa hazırdır - danışıqlar aparmaq istəyən varsa, buyursun!
«Mingəçevir» I Liqada ikinci yeri tutub. «nur şəhəri»nin təmsilçisi Premyer Liqaya vəsiqə uğrunda pley-off oyununda «Qəbələ»yə uduzaraq şansını qaçırıb.
Burada maliyyə problemləri ötən ilin sentyabrından - Əhmədzadənin həbsindən sonra başlayıb.
Sponsor şirkətin bu gün də kollektivə böyük miqdarda borcu var. Həmin məbləğ isə rahat-rahat 100 min manat aşır.
SPORTİNFO.AZ

