I Liqanın imkanlı klublarından «Baku Sportinq»in büdcəsi azaldılıb.
Buzovna təmsilçisi növbəti mövsümə 420 min manatla başlayacaq.
Bu, qəsəbə komandasının son mövsümdə məqsədinə çata bilməməsiylə əlaqədardır.
Premyer Liqaya vəsiqəyə iddia idən «Baku Sportinq» aprel və may aylarında uğursuz nəticələrə imza ataraq, «rels»dən çıxıb. Nəticədə buzovnalılar turnir cədvəlində dördüncü yeri tutmaqla kifayətlənib.
Qeydə alınan göstərici sponsorlarda böyük məyusluq yaratdığından, kluba ayırdıqları vəsaitin miqdarını iki dəfə aşağı salıblar.
AFFA-nın 300 min manatlıq mövsümlük yardım paketini hesaba qatmasaq, onlar tərəfindən əlavə olaraq cəmi 120 min manatdan istifadə edə biləcək.
Röyal Nəcəfovun baş məşqçi postundan getməsi də bu prosesdən irəli gəlir. Gənc çalışdırıcı büdcəsi aşağı salınan komandanın sükanı arxasında dayanmağı özünə rəva bilməyib.
SPORTİNFO.AZ

