Rumıniya kubokunun qalibi Azərbaycan təmsilçisinin baş məşqçisi oldu

17:45 I Divizion 417
Rumıniya kubokunun qalibi Azərbaycan təmsilçisinin baş məşqçisi oldu

Füzuli Məmmədovla yolları ayıran "Karvan-Yevlax"da yeni baş məşqçinin adına aydınlıq gəlib.

Əldə etdiyimiz məlumata görə, bölgə klubu Elhad Nəziriyə tapşırılıb.

Elitanı tərk edən Yevlax təmsilçisi 33 yaşlı mütəxəssislə bütün detallarda razılıq əldə edib.

Gənc mütəxəssis ən son "Səbail"də məşqçi kimi çalışıb.

Daha əvvəl "Cəbrayıl" baş məşqçi kimi fəaliyyət göstərib.

O, Qarabağ təmsilçisi ilə Region Liqasının qalibi və II Liqanın gümüş medalçısı olub.

Elhad Nəziri futbolçu kimi "Lokomotiv" (Bakı), "Milsami" (Moldova), "Petrolul" (Rumıniya),"İnter" (Bakı), "Metralul" (Rumıniya) klublarının formasını geyinib.

Azərbaycan millisinin sabiq üzvü Rumıniya kubokunun qalibi və çempionatın bürünc mükafatçısı olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 16:40 Öz uşaqlarımız...