Azərbaycanda klub 1 milyon manata satışa çıxarıldı - SON DƏQİQƏ

6 İyun 16:00 I Divizion 2 502
Azərbaycanda klub 1 milyon manata satışa çıxarıldı - SON DƏQİQƏ

Azərbaycanda futbol klubu satışa çıxarılıb.

Söhbət I Liqada mübarizə aparan «Cəbrayıl»dan gedir.

Qarabağ bölgəsinə aid rayonun eyniadlı təmsilçisinin satış qiyməti heç də aşağı deyil.

I Liqada ilk iki mövsümü geridə qoyan «Cəbrayıl»ı almaq istəyən şəxs və ya şirkət 1 milyon manat ödəməlidir.

Başa çatan sezonu 9-cu pillədə başa vuran klubun hazırda iki təsisçisi var – Cavid Hüseynov və Şahin Məmmədov. Onların ikisi də hazırda ayrı-ayrı yerlərə bağlıdır.

Ş.Məmmədov Region Liqasının qalibi olaraq II Liqaya vəsiqə qazanan «Zəngəzur»un təsisçisi və baş məşqçisidirsə, C.Hüseynov bugünlərdə «Araz-Naxçıvan»ın sükanı arxasına keçib.

«Cəbrayıl» hazırda sponsorsuz fəaliyyət göstərir. Son olaraq komandaya «Avrora»nın sahibi Ceyhun Abbasov maliyyə dəstəyi verib.

Hər ay kollektiv 1500-2000 manat civarında vəsait ayıran tanınmış iş adamı iyunun ilk günlərindən bəri əlini onların üzərindən çəkib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi